AZ

“Google” 2,95 milyard avro CƏRİMƏLƏNDİ

Avropa İttifaqı (Aİ) texnologiya şirkəti “Google”u rəqəmsal reklam fəaliyyətlərində rəqabət qaydalarını pozduğuna görə 2,95 milyard avro cərimələyib.

Busaat.az xəbər verir ki, Aİ Komissiyası reklam texnologiyaları sektorunda Aİ rəqabət qaydalarını pozduğuna görə ABŞ-ın “Google” şirkəti ilə bağlı araşdırmanın başa çatdığını elan edib.

Açıqlamada “Google”un onlayn reklam texnologiyası xidmətlərini rəqibləri üzərində üstünlük təşkil edərək qaydaları pozduğu və bu səbəbdən şirkətə 2,95 milyard avro cərimə kəsildiyi bildirilib.

Bəyanatda həmçinin qeyd olunub ki, Aİ Komissiyası “Google”a öz özünə xidmət edən təcrübələrini dayandırmağı və reklam texnologiyası tədarük zəncirində maraqların toqquşmasını aradan qaldırmağı əmr edib. Şirkət 60 gün ərzində təklif etdiyi addımlar barədə Aİ-yə rəsmi məlumat verməlidir.

Yeganə

Seçilən
1
busaat.az

1Mənbələr