AZ

"Kayrat" ÇL-ə sifariş etdiyi oyunçu ilə yollarını ayırdı

style='margin-bottom:10px;'>

Gürcüstanlı mərkəz müdafiəçi Luka Qadrani Qazaxıstanın “Kayrat” klubundan ayrılıb. 

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

28 yaşlı futbolçunun İsrailin “Beytar” komandasına keçdiyi bildirilib. Xarici KİV-ə əsasən, transferin dəyəri təxminən 100 min avro təşkil edib.

Qeyd edək ki, Luka Qadrani “Kayrat”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsi üçün sifariş olunmuş heyətində yer almışdı. Qazaxıstan çempionu bu mərhələdə “Real” (30 sentyabr, evdə), “İnter” (5 noyabr, səfərdə) və “Arsenal” (28 yanvar, səfərdə) kimi nəhənglərlə qarşılaşacaq.

Seçilən
60
teleqraf.com

1Mənbələr