AZ

İranlı ekspert dəhşətli statistika yaydı: Ölənlərin siyahısı açıqlandı

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Son 12 günlük müharibə zamanı yalnız bir hərbi bazada – “İmam Əli” qərargahında ciddi itkilər qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İranlı ekspert Məhəmmədmehdi Moslehi sosial şəbəkədə yayımladığı məlumatda iddia edib.

Onun sözlərinə görə, burada raket hücumlarının həyata keçirilməsi üçün ağır döyüşlər gedib və nəticədə 40 SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) əsgəri həlak olub:

“İmam Əli Qərargahında 70 raket atmaq üçün 40 şəhid verdik”, – Moslehi bildirib.

Qeyd edək ki, regionda baş verən və 12 gün davam edən hərbi toqquşmalar xüsusilə İranın strateji obyektlərini və ağır su reaktorlarını hədəfə alıb.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
68
2
globalinfo.az

3Mənbələr