
“ABŞ Rusiya ilə Ukrayna arasında nizamlanma halında bufer zonanın dəstəklənməsində əsas rol oynaya bilər”.
Yeniavaz.com xəbər verir ki, bu barədə mənbələrə istinadən “NBC News” məlumat yayıb.
Bildirilib ki, plan Ukraynanın müttəfiq ölkələrinin, o cümlədən ABŞ-nin hərbi rəsmiləri tərəfindən müzakirə olunur:
“Bufer zonası böyük silahsızlaşdırılmış ərazi olardı, onun texnoloji imkanlarına görə sərhədləri hələ qismən müəyyən edilməyib, ABŞ pilotsuz təyyarələr, peyklər və digər kəşfiyyat vasitələrindən istifadə etməklə müşahidədə əsas rol oynaya bilər”.
Qeyd edilib ki, zona NATO-ya üzv olmayan ölkələrin, məsələn, Banqladeş və ya Səudiyyə Ərəbistanının qoşunları tərəfindən möhkəmləndirilə bilər. Bununla belə, Amerika hərbçiləri Ukrayna ərazisində olmayacaq.