AZ

Avropa Komissiyası "Google"u 3 milyard avroya yaxın cərimələyib

Avropa Komissiyası (AK) "Google"u onlayn reklam bazarındakı sui-istifadələrə görə 2,95 milyard avro cərimələyib.

"Report"un Avropa bürosu bu barədə AK sədrinin icraçı müavini Teresa Riberanın bəyanatına istinadən xəbər verir.

ABŞ texnologiya nəhəngi cəriməni ödəməkdən əlavə, rəqiblərin, reklamçıların və nəşriyyatların hüquqlarını pozan təcrübələrdən əl çəkməli olacaq.

Bəyanatda bildirilir ki, şirkət on ildən artıqdır, öz xidmətlərini rəqibləri hesabına təşviq edir ki, bu da reklamçıların xərclərinin artmasına və nəticədə avropalı istehlakçılar üçün qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Eyni zamanda, naşirlər gəlirlərini itirir, bu da onlayn məzmunun keyfiyyətinə və əlçatanlığına təsir göstərir.

Əgər şirkət iki ay ərzində maraqların toqquşmasını aradan qaldırmaq üçün məqbul plan təqdim etməsə, tənzimləyici struktur tədbirləri - "Google"un reklam biznesinin bir hissəsinin satışına qədər - istisna edilmir.

Artıq üçüncü dəfədir, Avropa Komissiyası texnoloji nəhəngin antiinhisar qaydalarını pozduğunu aşkar edir.

​​​​​​"Cebheinfo.az"

Seçilən
6
8
cebheinfo.az

10Mənbələr