AZ

"Çelsi"nin 2026-cı il üçün əsas transfer hədəfi

İngiltərə millisinin və “Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rodcers karyerasını "Çelsi"də davam etdirə bilər.

90deqiqe.Az-ın “TBR Football”a istinadən yaydığı məlumata görə, “pensioner”lərin rəhbərliyi Rodcersi 2026-cı ilin prioritet transfer hədəflərindən biri kimi müəyyən edib.

23 yaşlı futbolçunun xidmətində bu transfer dönəmində “Tottenhem”, “Arsenal” və digər nəhəng klubları maraqlı olsa da, “Çelsi” işə gec başladığı üçün razılaşma baş tutmayıb.

Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur. Morqan Rodcersin “Aston Villa” ilə mövcud müqaviləsi 2030-cu ilin ortalarına qədər qüvvədədir.

Seçilən
56
90deqiqe.az

1Mənbələr