AZ

“XHƏ iştirakçıları hər bir rus məktəbində dərs deməlidir” − Volodin

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Ukraynadakı xüsusi hərbi əməliyyat iştirakçılarına məktəblərdə özlərinə daha yaxın olan fənləri öyrətmək imkanı yaradılmalıdır”.

Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Dumasının sədri Vyaçeslav Volodin Krasnodardakı Kuban Dövlət Universitetinin tələbələri və müəllimləri ilə söhbəti zamanı deyib.

“Mən çox istərdim ki, hər məktəbdə belə müəllim olsun. Çünki xüsusi hərbi əməliyyatda iştirak edən oğlanların hamısı qəhrəman və vətənpərvərdir. Onlar özləri üçün qərar veriblər - vətəni, bizi müdafiə etmək. Ona görə də dövlətin onlara qayğı göstərməsi vacibdir. Ən əsası isə uşaqlara dərs deyərkən onların keyfiyyətləri tələb olunsun. Bu, uşaqlar üçün vacibdir”.

Volodin əlavə edib ki, onun məktəbində hərbi hazırlıq və əmək fənlərini Böyük Vətən Müharibəsi iştirakçıları keçib:

“Onlar bizim dünyagörüşümüzə ciddi təsir göstərmişdilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
yeniavaz.com

2Mənbələr