“İnter”in sabiq futbolçusu Xavyer Zanetti klubdakı karyerasını və komandadakı ən yadda qalan anlarını bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, sabiq futbolçu bu barədə jurnalist Canluka Di Marsioya verdiyi müsahibəsində bildirib
"Ronaldo, şübhəsiz, Morattinin dövründə ən önəmli transfer idi. O, komandaya böyük sevinc gətirirdi. Məşqçilər? Byanqkinin yanaşması möhtəşəm idi: məni kabinetində siqaret və kartlarla qarşıladı və hansı mövqedə oynamaq istədiyimi soruşdu"
O əlavə edib: "Simoni bizim üçün ata kimi idi. Daha sonra Mourinyo gəldi və komandaya yeniliklər gətirdi. Komanda yoldaşlarım arasında kim mənə daha çox xoş gəlirdi? Kordoba, Jorkaef və Samorano. Amma ən sevimli yoldaşım Maykon idi."
Qeyd edək ki, Zanetti “İnter”də 1995–2014-cü illərdə çıxış edib. O, bu müddət ərzində 858 rəsmi oyunda iştirak edib, 21 qol vurub və 37 məhsuldar ötürmə edib.