AZ

Abşeronda avtomobilin vurduğu piyada ölüb

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Saray-Novxanı yolunda qeydə alınıb.

Elşad Həsənov idarə etdiyi "Honda" markalı minik avtomobili ilə yolu keçən piyadanı (kişi) vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
7
3
cebheinfo.az

4Mənbələr