AZ

Abşeronda "Honda"piyadanı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Saray-Novxanı yolunda qeydə alınıb.

Masazır kəndində Novxanı istiqamətində hərəkətdə olan "Honda" markalı minik avtomobili yolu keçən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hazırda ölən şəxsin kimliyi müəyyən edilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
85
2
avtosfer.az

4Mənbələr