AZ

Abşeronda avtomobilin vurduğu piyada öldü

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə Saray-Novxanı yolunda qeydə alınıb.

Elşad Həsənov idarə etdiyi "Honda" markalı minik avtomobili ilə yolu keçən piyadanı (kişi) vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Seçilən
7
3
bizim.media

4Mənbələr