AZ

U-21 millimiz Portuqaliyaya böyük hesabla məğlub oldu

style='margin-bottom:10px;'>

Azərbaycanın U-21 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

QOL.az xəbər verir ki, Ayxan Abbasovun komandası Portuqaliyanın qonağı olub.

Barseluş şəhərində keçirilən çətin səfər matçında U-21 ilk hissədə qapısını toxunulmaz saxlasa da, fasilədən sonra rəqib qolları sıralayıb. Yekunda millimiz meydanı 0:5 hesablı məğlubiyyətlə başa vurub. 

Bu görüş millimizin baş məşqçisi Ayxan Abbasovun komanda ilə ilk rəsmi oyunu idi.

Azərbaycan millisi B qrupunda Şotlandiya, Bolqarıstan, Portuqaliya, Çexiya və Cəbəllütariqlə mübarizə aparacaq. U-21-in növbəti oyunu Bolqarıstana qarşı olacaq. Görüş sentyabrın 9-da Bakıda keçiriləcək.

5 sentyabr

Avropa çempionatı
Seçmə mərhələ, 1-ci tur

Portuqaliya U-21 – Azərbaycan U-21 - 5:0

Qol: Rodriqo Mora, 48, Covanni Queda, 52, Leonardo Barroso, 57, Karlos Forbs, 73, Vivaldo Semedo, 90+3

Baş hakim: Konstantinos Fellas (Kipr)

Barceluş."Cidade de Barceluş" stadionu

Seçilən
62
1
teleqraf.com

2Mənbələr