AZ

U-21 millimizdən uğursuz start: Portuqaliyada 5 cavabsız qol!

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) Avropa çempionatının seçmə mərhələsində bu gün ilk matçına çıxıb.

Arena.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda yer aldığı B qrupunda Portuqaliya yığması ilə üz-üzə gəlib.

Görüş Barseluş şəhərindəki “Estadio Cidade” stadionunda baş tutub. Qarşılaşmanı kiprli referi Konstantinos Fellas idarə edib. Komandamız güclü rəqiblə görüşdə 5 cavabsız qola üzülüb. Beləcə, Azərbaycanın U-21 yığması həm yeni seçmə mərhələyə uğursuz start verib, həm də Ayxan Abbasovun rəhbərliyi altında keçirdiyi ilk rəsmi oyunda rüsvayçı hesabla uduzub.

Xatırladaq ki, U-21 millimiz növbəti matçını sentyabrın 9-da Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcək. Bu görüş saat 18:00-da start götürəcək.

Azərbaycan millisi B qrupunda Şotlandiya, Bolqarıstan, Portuqaliya, Çexiya və Cəbəllütariqlə mübarizə aparacaq.

AÇ-2027-nin seçmə mərhələsi
5 sentyabr

Portuqaliya – Azərbaycan 5:0
Qollar: Rodriqo Mora, 48. Covani Kenda, 52. Leonardo Barroso, 56. Karlos Forbs, 74. Vivaldo Semedo, 90+3.
Baş hakim: Konstantinos Fellas (Kipr).
Barseluş. “Cidade de Barseluş” stadionu.

Portuqaliya: 12. Joao Karvalyo, 2. Dioqo Travassos (5. Leonardo Barosso, 46), 4. Tyaqo Qabriel, 7. Covani Kenda, 8. Mateus (k), 9. Qustavo Varela (18. Vivaldo Semedo, 67), 10. Rodriqo Mora, 14. Matias De Amorim (20. Qustavo Sa, 67), 15. Qonsalo Oliveyra, 17. Afonso Moreyra (11. Karlos Forbs, 58), 19. Tyaqo Parente.
Ehtiyat oyunçular: 1. Andre Qomes, 3. Joao Munis, 16. Dieqo Rodriqes, 21. Rocer Fernandes, 23. Fabio Balde.
Baş məşqçi: Luis Freyre.

Azərbaycan: 22. Xəyal Fərzullayev, 2. Eşqin Əhmədov (16. Nahid Əliyev, 72), 3. Rüfət Abbasov, 5. Emin Rüstəmov, 8. Emil Süleymanov, 9. Ağadadaş Salyanski, 10. Edqar Ədilxanov, (7. Murad Məmmədov, 58), 11. Nihad Əhmədzadə, 13. Hikmət Cəbrayılzadə (18. Oruc Məmmədov, 57), 15. Raul Məmmədov, 20. Ayxan Süleymanlı (k)
Ehtiyat oyunçular: 1. Səlim Həşimov, 4. İbrahim Ramazanov, 6. Həsən Nəzərli, 17. Elgün Dünyamalıyev, 19. Sadiq Şəfiyev, 21. Sənan Muradlı.
Baş məşqçi: Ayxan Abbasov.

Seçilən
44
arena.az

1Mənbələr