AZ

Azərbaycan millisi İslandiyaya biabırçı hesabla uduzdu

Bu gün futbol üzrə Azərbaycan millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının (DÇ-2026) seçmə mərhələsinə start verib.

Arena.az xəbər verir ki, seçmə mərhələnin D qrupunda qərarlaşmış millimiz ilk turda İslandiya ilə qarşılaşıb.

Reykyavik şəhərində təşkil edilmiş oyunu Niderlanddan olan hakimlər idarə ediblər.

İslandiya yığması Azərbaycan millisi üçün tanış rəqib idi. Amma bu komandaların indiyəqədərki yeganə görüşü 2008-ci ildə yoxlama görüşü çərçivəsində olmuşdu. Reykyavikdə baş tutmuş həmin matçda qalib müəyyənləşməmişdi – 1:1.

Azərbaycan və İslandiya klub futbolu səviyyəsində də qarşılaşıblar və yığmamızdan fərqli olaraq, klublarımızın nəticələri daha uğurlu alınıb. Belə ki, 2005-ci ilin yayında “Neftçi” UEFA Çempionlar Liqasının təsnifat mərhələsində İslandiya təmsilçisi “Hafnarfyordur”u Bakıda 2:0, səfərdə isə 2:1 hesabıyla yenərək mərhələ adlamışdı. İndiki “Şamaxı”, ovaxtkı “İnter” də bu rəqibi məyus edə bilmiş (səfərdə 2:1, evdə 2:2), Avropa Liqasında tur keçə bilmişdi.

Bir sözlə, Azərbaycan millisi İslandiya yığması ilə ilk dəfə rəsmi qarşılaşmada üz-üzə gəlib. Təəssüf ki, matçın yekununda sevinən tərəf meydan sahibləri olublar. Fernando Santosun gəlişindən bəri qələbəyə həsrət olan millimiz bu oyunda da 5 cavabsız qolla uduzub.

D qrupunun digər oyununda Fransa yığması Ukrayna millisinin qonağı olub və 2:0 hesablı qələbəyə sevinib.

DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
5 sentyabr

İslandiya – Azərbaycan 5:0
Qollar: Viktor Palsson, 45+2. Yohannenson, 47; 56. Qudmundsson, 73. Hlinsson, 73.
Hakimlər: Sander van der Eyk, Rens Blümink, Stefan de Qrot, Mark Naqteqal (Hamısı Niderland)
VAR: Jerön Mansxot (Niderland).
AVAR: Klay Ruperti (Niderland).
Reykyavik, “Lauqardalsvöllur” stadionu.

İslandiya: 1. Elias Rafn Olafsson, 3. Daniel Leo Qretarsson, 5. Sverrir İnqason, 4. Viktor Palsson, 23. Mikael Ellertsson, 7. Hakon Haraldsson (k), 8. İsak Berqmann Yohannesson, 16. Stefan Tordarson, 10. Albert Qudmundsson, 11. Yon Daqur Torsteynsson, 22. Andri Qudyonsen.
Ehtiyat oyunçular: 12. Hakon Valdimarsson, 13. Anton Eynarsson, 2. Loqi Tomasson, 6. Gisli Tordarson, 9. Saevar Atli Maqnusson, 14. Torir Yohann Helqason, 15. Villum Villumsson, 17. Brinyolfur Villumsson, 18. Mikael Anderson, 19. Byarki Steynn Byarkason, 20. Kristian Hlinsson, 21. Daniel Qudyonsen.
Baş məşqçi: Arnar Qunnlauqsson.

Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 2. Rəhman Daşdəmirov (17. Toral Bayramov, 55), 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 3. Elvin Cəfərquliyev, 13. Abbas Hüseynov, 6. Səbuhi Abdullazadə, 20. İsmayıl İbrahimli (11. Ozan Can Kökçü, 55), 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 19. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 21. Qismət Alıyev, 18. Cəlal Hüseynov, 5. Anton Krivotsyuk, 16. Ceyhun Nuriyev, 7. Anatoli Nuriyev, 9. Renat Dadaşov, 22. Musa Qurbanlı, 15. Xəyal Əliyev.
Baş məşqçi: Fernando Santos.

Seçilən
11
1
arena.az

10Mənbələr