ABŞ prezidenti Donald Tramp Ukrayna üçün təhlükəsizlik zəmanətləri məsələsini həll edəcəyinə söz verib, lakin Avropanın birinci olacağını deyib.
APA xəbər verir ki, bu barədə “Clash Report” məlumat yayıb.
"Bəli, biz bunu həll edəcəyik. Biz onlara kömək edəcəyik. Baxın, biz çoxlu insanın həyatını xilas etmək istəyirik. Ona görə də bununla bağlı nə isə edəcəyik. Məncə, insanlar bunu gözləyir. Biz onlara kömək edəcəyik. Biz edəcəyik. Avropa birinci olacaq, onlar birinci olmaq istəyirlər və bunun başa çatmasını istəyirlər. Avropa bunun bitməsini istəyir", – deyə o vurğulayıb.
Tramp əmindir ki, Avropa Ukraynada nizamlanma istəyir və onun təhlükəsizlik zəmanətlərinin təmin edilməsində əsas rol oynayacağını bildirib.
"Ya Ukraynada müharibəyə son qoyulacaq, ya da bunun əvəzini ödəmək üçün cəhənnəm olacaq. Mən yeddi müharibəyə son qoymuşam, Ukrayna münaqişəsi də eyni şəkildə bitəcək. Biz hər ikisini edəcəyik. Amma bu, düşündüyümdən bir az çətin oldu.", – prezident deyib.
O hesab edir ki, Ukraynadakı müharibə sülh yolu ilə həll edilməlidir.