ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.
İslandiya millisinin baş məşqçisi Arnar Qunnlauqsson DÇ-2026-nın seçmə mərhələsində Azərbaycana qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az Reykyavikdən xəbər verir ki, mütəxəssis 5:0 hesablı qələbə haqda bunları deyib:
“Əsasən, qələbə barədə düşünürdük. Yaxşı oyun sayəsində qalib gəldik. Komandamın oyunundan çox razı qaldım. Hesaba baxmayaraq, bu işi görmək kifayət qədər zəhmət tələb etdi”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.