AZ

İslandiya millisinin baş məşqçisi: Azərbaycanla matç asan olmadı, çox zəhmət çəkdik

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İslandiya millisinin baş məşqçisi Arnar Qunnlauqsson DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə keçirilən matçdan sonra mətubat konfransında komandasının oyundan öncəki hədəfini açıqlayıb.

Oxu.Az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, əsas məqsəd qələbə qazanmaq olub:

"Əsasən, qələbəyə fokuslanmışdıq. Komandamın oyunu məni qane etdi. Nəticə asan alınmadı, bunun üçün çox zəhmət çəkdik", - Qunnlauqsson deyib.

Qeyd edək ki, İslandiya millisi qarşılaşmada Azərbaycan yığmasını 5:0 hesabı ilə məğlub edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
oxu.az

1Mənbələr