BAKI, 6 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək "Böyük İyirmilər" (G20) sammitinə getməkdən imtina edib.
Teleqraf xəbər verir ki, o, bu qərarını Ağ Evdə çıxışı zamanı açıqlayıb.
ABŞ lideri bildirib ki, onun əvəzinə sammitdə vitse-prezident Ceyms Devid Vens iştirak edəcək.