BAKI, 6 sentyabr. TELEQRAF
İlin sonunda təqdimatı olacaq yeni nəsil “Porsche Cayenne” elektromobili smartfonlar üçün naqilsiz şarj qurğusu ilə eyni prinsiplə işləyən naqilsiz batareya şarj funksiyasına malik olacaq.
Teleqraf xəbər verir ki, batareyanı şarj etmək üçün avtomobili şarj panelinin üzərində elə park etmək lazımdır ki, panel ön təkərlərin altında qalsın.
“Porsche” şirkəti qurğunun 11 kVt-a qədər gücündə elektromaqnit sahəsi yaradacağını və avtomobillə ayrıca satılacağını açıqlayıb.
Bu qurğunu evdə quraşdırmaq və məişət elektrik şəbəkəsinə qoşmaq mümkündür.