AZ

ABŞ ÇKP ilə əməkdaşlıq edən şəxslərin ölkəyə girişinə qadağa qoyub

ABŞ Mərkəzi Amerika vətəndaşlarına qarşı yeni viza məhdudiyyəti tətbiq etməyə başlayıb.

APA xəbər verir ki, tətbiq edilən yeni viza məhdudiyyətlərinin təfərrüatları ilə bağlı ABŞ Dövlət Departamenti bəyanat yayıb.

Bəyanatda qeyd edilib ki, ABŞ Çin Kommunist Partiyası adından fəaliyyət göstərən və regionda qanunun aliliyinə xələl gətirən fəaliyyətləri istiqamətləndirən, təsdiqləyən, maliyyələşdirən və ya əhəmiyyətli dəstək verən Mərkəzi Amerika vətəndaşları üçün viza məhdudiyyətlərinə icazə verən yeni siyasət yürüdəcək.

Bu cür fəaliyyətlərlə əvvəllər ÇKP ilə əməkdaşlıq etmiş bəzi Mərkəzi Amerika vətəndaşları üçün viza məhdudiyyətlərinin həyata keçirilməsi üçün addımlar atılıb.

Dövlət Departamentinin bəyanatında bildirilir ki, bu şəxslərin və onların yaxın ailə üzvlərinin ABŞ-a girişi ümumiyyətlə qadağandır.

Seçilən
11
2
apa.az

3Mənbələr