AZ

Hərbi xidmətə yararlı ukraynalılar Almaniyadan vətənə qaytarıla bilər

BAKI, 6 sentyabr. TELEQRAF

Hərbi xidmətə yararlı ukraynalıların Almaniyadan vətənə qaytarılması imkanı nəzərdən keçirilməlidir.

Teleqraf xəbər verir ki, bu təkliflə Almaniyanın Xristian-Sosial İttifaqının sədri, Bavariya federal torpağının baş naziri Markus Zöder çıxış edib.

"Ukraynada hələlik sülh gözlənilmir. Buna görə də hərbi xidmətə yararlı ukraynalıların öz ölkələrində təhlükəsizliyi təmin etmək üçün vətənə qaytarılması imkanını nəzərdən keçirmək tamamilə qanunidir", - Zöder “Rheinische Post” qəzetinə müsahibəsində bildirib.

Bununla yanaşı, o vurğulayıb ki, sosial müavinətlərin ödənilməsi səbəbindən Almaniyada işləyən ukraynalıların payı digər Avropa ölkələrinə nisbətən əhəmiyyətli dərəcədə aşağıdır.

"Bu, təcili dəyişdirilməlidir və təkcə yeni gəlmiş ukraynalılar üçün deyil", - o vurğulayıb.

Qeyd edək ki, hazırda Almaniyada 1,25 milyondan çox ukraynalı yaşayır. Almaniya hakimiyyətinin məlumatına görə, onlardan təxminən 700 min nəfəri vətəndaş müavinəti alır. Bu şəxslərin təxminən 480 min nəfərinin əmək qabiliyyətli yaşda olduğu bildirilir.

Seçilən
20
teleqraf.com

1Mənbələr