AZ

Tayson rəqibinə xəbərdarlıq etdi: Bu, onun sağlamlığı üçün fəlakətli olacaq

Əfsanəvi amerikalı boksçu Mayk Tayson həmvətənisi Floyd Meyvezer ilə döyüşün təyin olunmasına münasibət bildirib.

Publika.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“Bu döyüşü nə mən, nə də dünya gözləmirdi. Amma boks proqnozlaşdırılmaz dövrə daxil olub. Bu döyüş də proqnozlaşdırılmazdır. Hələ də inana bilmirəm ki, Floyd bunu etmək istəyir. Bu, onun sağlamlığı üçün fəlakətli olacaq, amma o bunu etmək istəyir. Müqavilə imzalanıb, döyüş keçiriləcək”.

59 yaşlı Tayson və 48 yaşlı Meyvezer 2026-cı ildə ringdə qarşılaşacaqlar.

Seçilən
94
10
publika.az

10Mənbələr