AZ

Luis Suares və Serxio Buskets cəzalandırılıblar

"İnter Mayami"nin hücumçusu Luis Suares komandasının 0:3 hesabı ilə uduzduğu Liqa Kubokunun finalından sonra "Sietl Saunders"in əməkdaşına tüpürdüyünə görə altı oyunluq cəzalanıb.

İdman.biz bildirir ki, bu barədə Liqa Kubokunun Təşkilat Komitəsi məlumat yayıb.

"İnter Mayami"nin yarımmüdafiəçisi Serxio Buskets də rəqib oyunçunun sifətinə yumruq vurduğuna görə 2 oyunluq cəzalanıb. "İnter Mayami"nin müdafiəçisi Tomas Aviles isə aqressivlik nümayiş etdirdiyi üçün 3 oyunluq cəzalanıb.

Bundan əlavə, Liqa Kubokunun təşkilat komitəsi "Sietl"in məşqçilər korpusunun üzvü Stiven Lenharta qarşı əlavə sanksiyalar tətbiq edib. O, 5 oyunluq diskvalifikasiya cəzası alıb.

İdman.biz

Seçilən
4
1
idman.biz

2Mənbələr