AZ

ABŞ ordusu “Patriot”un ən müasir modifikasiyası üçün 1970 raket alacaq

BAKI, 6 sentyabr. TELEQRAF

ABŞ ordusu “Lockheed Martin” şirkəti ilə 9,8 milyard dollar dəyərində çoxillik müqavilə imzalayıb.

Teleqraf xəbər verir ki, müqavilə böyük radiuslu “Patriot” zenit-raket kompleksinin ən müasir modifikasiyası üçün 1970 raketin istehsal edilməsini nəzərdə tutur.

Yeni alış müqaviləsi Vaşinqtonun Ukrayna və Yaxın Şərqdəki münaqişələr səbəbindən artan tələbat şəraitində raket ehtiyatlarını doldurmaq və təchizat zəncirlərini gücləndirmək istəyini əks etdirir.

Qeyd edək ki, “Patriot Advanced Capability-3 Missile Segment Enhancement” (PAC-3 MSE) zenit-raket sistemi müxtəlif növ raketlər və təyyarələrlə mübarizə üçün nəzərdə tutulub. Hazırda bu sistem ABŞ də daxil olmaqla 17 ölkənin silahlanmasına daxildir.

Seçilən
112
teleqraf.com

1Mənbələr