Azərbaycan milli komandası 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, yığmamız açılış oyununu bu gün səfərdə İslandiyaya qarşı keçirib.
Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda baş tutan matç meydan sahiblərinin b[ywk hesabl; qələbəsi ilə yekunlaşıb.
Beləliklə, 2024-cü ilin yayından millinin baş məşqçisi vəzifəsini yerinə yetirən portuqaliyalı Fernandu Santuşun qələbə həsrəti daha da uzanııb.
Azərbaycanın qrupdakı digər rəqibləri - Ukrayna və Fransa yığmaları da bu gün üz-üzə gəliblər. Fransızlar 2:0 hesablı qələbəyə seviniblər.
Qeyd edək ki, milli növbəti oyununu sentyabrın 9-da Ukraynaya qarşı keçirəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
DÇ-2026, seçmə mərhələ
D qrupu, 1-ci tur
5 sentyabr
İslandiya – Azərbaycan 5:0
Qolar: Viktor Palsson, 45+2. İsak Yohannesson, 47,56. Albert Qudmundsson, 66. Kristian Hlinsson,72.
Hakimlər: Sander van der Eyk, Rens Blümink, Stefan de Qroot və Mark Naqteqaal (hamısı Niderland).
Reykyavik. “Lauqardalsvöllur” stadionu
İslandiya: 1. Elias Rafn Olafsson, 3. Daniel Leo Qretarsson, 5. Sverrir İnqason, 4. Viktor Palsson, 23. Mikael Ellertsson, 7. Hakon Haraldsson (k), 8. İsak Berqmann Yohannesso, 16. Stefan Tordarson, 10. Albert Qudmundsson, 11. Yon Daqur Torsteinsson, 22. Andri Qudyonsen
Ehtiyat oyunçular: 12. Hakon Valdimarsson, 13. Anton Eynarsson, 2. Loqi Tomasson, 6. Gisli Tordarson, 9. Saevar Atli Maqnusson, 14. Torir Yohann Helqason, 15. Villum Villumsson, 17. Brinyolfur Villumsson, 18. Mikael Anderson, 19. Byarki Steinn Byarkason, 20. Kristian Hlinsson, 21. Daniel Qudyonsen
Baş məşqçi: Arnar Qunnlauqsson
Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 2. Rəhman Daşdəmirov, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 3. Elvin Cəfərquliyev, 13. Abbas Hüseynov, 6. Səbuhi Abdullazadə, 20. İsmayıl İbrahimli, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 19. Nəriman Axundzadə
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 21. Qismət Alıyev, 18. Cəlal Hüseynov, 5. Anton Krivotsyuk, 16. Ceyhun Nuriyev, 7. Anatoli Nuriyev, 11. Ozan Can Kökçü, 9. Renat Dadaşov, 17. Toral Bayramov, 22. Musa Qurbanlı, 15. Xəyal Əliyev