AZ

Almaniyada ildırım bir kəndi məhv etdi

BAKI, 6 sentyabr. TELEQRAF

Güclü tufan Almaniyanın Droqnits kəndində böyük dağıdıcı yanğına səbəb olub.

Teleqraf xəbər verir ki, hadisə nəticəsində kənd tamamilə məhv olub.

Yanğına ildırım vurmasının səbəb olduğu bildirilir.

Tikililəri və onlara bitişik əraziləri bürüyən alov üç yaşayış evini, yaxınlıqda yerləşən tikililəri, fermaları və bir neçə anbarı məhv edib.

Hadisə nəticəsində 18 nəfər xəsarət alıb.

Dəymiş ziyanın ümumi həcmi təxminən 1 milyon avro dəyərində qiymətləndirilir.

Seçilən
105
teleqraf.com

1Mənbələr