AZ

Azərbaycan ərazisində radioloji vəziyyət necədir?

Bakı. Trend:

Azərbaycanın düzənlik ərazilərində təbii radioaktiv şüalanmasəviyyəsinin dağ massivlərinə nisbətən 2 dəfəyədək kiçik olmasımüəyyənləşdirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və TəhsilNazirliyinin Radiasiya Problemləri İnstitutundan məlumatverilib.

Bildirilib ki, ölkənin bütün rayonları üzrə torpaq ərazilərdəradionuklidlərin paylanmasının tədqiqi bu torpaqlarda yalnız təbiiradionuklidlərin cüzi miqdarının əkin torpaqları üçün xarakterikkiçik aktivliklərlə xarakerizə olunduğunu göstərir:

"İşğaldan azad edilmiş rayonları ərazilərində, o cümlədən,İsrail və ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinəzərbələrindən sonra cənub rayonlarında (İmişli, Beyləqan, Fizuli,Horadiz, Cəbrayıl, Qubadlı, Lerik, Lənkəran və Astara) aparılmışradiometrik ölçmələrin nəticələri də qeyd olunmuş göstəricilərləuyğunluq təşkil edir, yəni qeyd edilmiş hərbi münaqişə zamanı daölkəmizin əraziləri antropogen xarakterli radioaktiv çirklənməyəməruz qalmayıb.

Əhalinin bu ərazilərlə ilin əksər müddətində fasiləsiz təmasıhalında belə ölkə ərazisində müşahidə edilmiş (və yuxarıda qeydolunmuş) radioaktiv şüalanma səviyyəsi ilə “Əhalinin RadiasiyaTəhlükəsizliyi haqqında” Qanununda göstərilmiş dinc əhali üçün yolverilən illik udulan radioaktiv şüalanma dozası həddindən (100milliRentgen və ya 1 milliZivert) artıq doza yaranması mümkündeyil, yəni bu ərazilər əhalinin yaşaması üçün radioaktiv çirklənməcəhətdən tam təhlükəsizdir.

Yalnız Kəlbəcər rayonunun qərbindəki dağ massivində bəzi təbiisoyuq və isti su bulaqları ətrafında lokal sahələrdə təbiiradioaktiv fonun 2 dəfədən 15 dəfəyədək yüksək qiymətləri və həminbulaqlar ətrafındakı lokal sahələrdə suyun yer altından üzə çıxmasıilə yanaşı müşaiyətedici təbii radionuklidlərin kiçikkonsenrasiyalarının da üzə çıxaraq torpaq səthində akkumulyasiyasıtəbii prosesi müşahidə edilir".

Həmçinin, qeyd edilib ki, 2016-cı ildən başlayaraq RadiasiyaProblemləri İnstitutunun əməkdaşları tərəfindən respublikanın bütünrayonlarında münbit torpaq layının, yaşıl bitki örtüyünün və bütünböyük su mənbələrinin mineral tərkibləri, həmçinin mövcud olan izmiqdarında təbii izotopların miqdarları təyin edilib, təbiiradioaktiv fonun ölçülməsi, radioaktiv şüalanma növlərininqiymətləndirilməsi aparılıb. Tədqiqatlar bu günədək mütəmadi olaraqdavam etdirilir. Tədqiqatların nəticələri aşağıdakı kimidir:

"Bakı şəhərinin yaşayış məntəqələrində təbii radioaktiv şüalanmadoza gücünün 0,011-0,035 mkrZv/saat, alfa şüalanmanın 0 Bq/sm2,sənaye zonalarında doza gücünün 0,035-0,045 mkrZv/saat, alfaşüalanmanın 0,01-0,04 Bq/sm2, Sumqayıt şəhərinin yaşayışməntəqələrində doza gücünün 0,015-0,035 mkrZv/saat, alfaşüalanmanın 0 Bq/sm2, sənaye zonalarında doza gücünün 0,030-0,045mkrZv/saat, alfa şüalanmanın 0-0,05 Bq/sm2 qiymətləri təyinedilib.

Sədərək rayonunda təbii radioaktiv şüalanma doza gücünün0,031-0,042 mkrZv/saat, alfa şüalanmanın 0-0,11 Bq/sm2, Naxçıvanşəhərində və Ordubad rayonu ərazilərində doza gücünün 0,045-0,082mkrZv/saat, alfa şüalanmanın 0-0,01 Bq/sm2, Beyləqan-İmişlirayonları ərazilərində doza gücünün 0,031-0,042 mkrZv/saat, alfaşüalanmanın 0 Bq/sm2 qiymətləri təyin edilib.

Ölkənin cənub, mərkəzi, şimal-şərq, şimal qərb rayonlarıərazilərində təbii radioaktiv şüalanma doza gücünün 0,011-0,140mkrZv/saat, alfa şüalanmanın 0-0.03 Bq/sm2 qiymətləri təyinedilib".

Seçilən
68
10
az.trend.az

10Mənbələr