AZ

Şəmkirdə qayınata ilə kürəkən bir-birini bıçaqladı - Ölən var

Şəmkir rayonunun Sarıtəpə kəndində baş vermiş qətlin bəzi təfərrüatları məlum olub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, kənd sakini 1968-ci il təvəllüdlü Sənan Əsgərov kürəkəni 1993-cü il təvəllüdlü Tural Abdullayevlə mübahisə edib.

Nəticədə tərəflər arasında əlbəyaxa dava düşüb. Bu zaman S.Əsgərov kürəkəninə bir neçə bıçaq zərbəsi vurub. Həmçinin T. Abdullayev də qaynatasına bıçaqla xəsarət yetirib. Nəticədə kürəkən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb

***

Şəmkirdə qayınata və kürəkən arasında düşən mübahisə ölümlə nəticələnib.

Seçilən
4
10
publika.az

10Mənbələr