AZ

Daha bir ölkə mundiala vəsiqə qazandı

2026-cı ildə keçiriləcək dünya çempionatının Afrika zonası üzrə növbəti seçmə oyunları baş tutub.

Fanat.Az xəbər verir ki, Mərakeş millisi Nigerə 5:0 hesabı ilə qalib gələrək mundiala vəsiqə qazanıb.

Mərakeşin qollarını matçda iki dəfə fərqlənən yarımmüdafiəçi İsmael Saibari, yarımmüdafiəçi Ayoub El Kaabi, hücumçu Həmzə İqaman və yarımmüdafiəçi Azzedine Unai vurub.

Mərakeş millisi qrupda daha iki oyun keçirəcək: sentyabrın 8-də Zambiya ilə, oktyabrın 13-də Konqo ilə.

Bundan əvvəl Meksika, ABŞ, Kanada (hamısı ev sahibi), həmçinin Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Avstraliya, Özbəkistan, Yeni Zelandiya, Argentina, Ekvador, Braziliya, Kolumbiya, Uruqvay və Paraqvay komandaları DÇ-2026-da iştirak etmək hüququ qazanıblar.

Mirağa

Seçilən
39
1
fanat.az

2Mənbələr