AZ

Həftəsonu bölgələrə avtomobil axını ilə bağlı ÇAĞIRIŞ

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonları paytaxtdan bölgələrəgedən avtomobil axınının artması ilə əlaqədar sürücülərə müraciətedib.

Trendxəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumatyayıb.

Bildirilib ki, magistral və əsas yollarda hərəkətintensivliyinin yüksəlməsi qəza ehtimalını artırır və bu səbəbdənsürücülərin daha diqqətli, məsuliyyətli davranması vacibdir.

BDYPİ-dən verilən açıqlamada qeyd olunur ki, yola çıxmazdanəvvəl nəqliyyat vasitəsinin texniki sazlığı, xüsusilə təkərlərin,işıq cihazlarının və əyləc sisteminin vəziyyəti mütləqyoxlanılmalıdır. Eyni zamanda, sürət həddinə əməl edilməsi, sükanarxasına yorğun və yuxusuz halda əyləşməmək, uzun məsafələrdə isəfasilələrlə istirahət etmək təhlükəsizliyin əsasşərtlərindəndir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, yolhərəkəti qaydalarına əməl olunmaması inzibati məsuliyyət yaratmaqlayanaşı, insan həyatının itirilməsi ilə nəticələnən ağır faciələrədə səbəb olur.

Məqalədə:
Seçilən
5
az.trend.az

1Mənbələr