1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Almaniyanın Drognits kəndində güclü ildırım nəticəsində yaşayış evləri yanıb.
Oxu.Az bu barədə "Bild" qəzetinə istinadən xəbər verir.
Təbii fəlakət gecə saatlarında, sakinlər yuxuda olarkən baş verib. İldırım düşməsindən sonra başlayan yanğın qısa müddətdə yaşayış evlərinə və onlara bitişik təsərrüfat binalarına yayılıb.
Yanğın nəticəsində üç yaşayış evi və bir neçə anbar tamamilə məhv olub.
Faciə nəticəsində 18 nəfər zərər çəkib, onların arasında 96 yaşlı kişi də var.
Bir çox sakin evsiz qalıb və qohum-qonşularının evlərinə sığınıb.
Hakimiyyət orqanlarının ilkin qiymətləndirməsinə görə, dəymiş ziyan təxminən bir milyon avro təşkil edir.




