AZ

Tramp bu ölkəyə zərbə endirməyi düşünür - KİV

ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduronun gücünü zəiflətmək məqsədilə Venesuela ərazisinə zərbələr endirməyi düşünür.

Hurriyyet.az xəbər verir ki, bu haqda CNN məlumatlı mənbələrə istinadən məlumat yayıb.

“Prezident Donald Tramp Venesuelada fəaliyyət göstərən narkotik kartellərinə qarşı hərbi zərbələr endirmək üçün müxtəlif variantları, o cümlədən sözügedən dövlətin başçısı Nikolas Maduronu zəiflətmək üçün daha geniş strategiyanın bir hissəsi kimi ölkə daxilindəki hədəfləri vurmaq imkanını nəzərdən keçirir”, - telekanal bildirib.

Telekanalın mənbələri hələlik yekun qərarın verilmədiyini qeyd etsə də, gələcəkdə Venesuela ərazisinə Maduronu vəzifəsindən getməyə məcbur etmək məqsədi ilə zərbələr endirilməsi ehtimalı istisna edilmir.

Seçilən
4
8
hurriyyet.az

9Mənbələr