AZ

AFFA nın Baş katibi: Fernandu Santuşun Azərbaycan futboluna yanaşması qəbulolunmazdır

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin ilk matçında İslandiyaya məğlub olub – 0:5.

Gununsesi.info xəbər verir ki, oyundan sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlama verib.

“Deyiləsi söz çoxdur. Bu komanda, futbolçular belə idarəçiliyə, nəticəyə layiq deyildilər. İslandiya komandasına çox hörmətlə yanaşırıq. Amma biz onlara qarşı oynaya bilmir, başdan müdafiə futbolunu qəbul ediriksə, bu, bizim öz problemimizdir. Futbolçuların problemi deyil. Sistem başdan səhv idi. Baş məşqçi ev tapşırığını yerinə yetirməmişdi. Onun Azərbaycan futboluna, futbolçularına və xalqına yanaşması qəbulolunmazdır. Heç kim Azərbaycan xalqına bunu yaşada bilməz”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
79
10
icma.az

10Mənbələr