AZ

Fode Ballo-Ture “Mets”də

Bu yay Fransanın “Havr” klubundan azad agent kimi ayrılmış seneqallı müdafiəçi Fode Ballo-Ture Liqa 1-də özünə yeni iş yeri tapıb.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu bundan sonra “Mets”in uğurları üçün çalışacaq.

Bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Sol cinah müdafiəçisi yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb.

Fode Ballo-Ture Fransa nəhəngi PSJ-nin yetirməsidir. O, “Lill”, “Monako”, “Fulhem”, “Milan” kimi klubların da formasını geyinib.

2024-cü ilin yayından “Havr”da çıxış edən müdafiəçi bu komandanın heyətində cəmi 10 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Müdafiəçi Fransanın U-16 və U-21 yığmalarında oynasa da, 2021-ci ildən Seneqal millisinin uğurları üçün çalışmağa başlayıb. O, indiyə qədər Seneqal yığmasında 16 oyuna çıxıb.

“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
17
arena.az

1Mənbələr