AZ

Maduro: “Venesuela hücuma məruz qalsa, silahlı mübarizəyə keçəcək”

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın mümkün hərbi müdaxiləsinə cavab olaraq ölkəsinin silahlı mübarizəyə hazır olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, hazırda siyasi və kommunikasiya mərhələsində olduqlarını, lakin hücum baş verəcəyi halda xalqın planlı şəkildə silahlı müqavimət göstərəcəyini vurğulayıb.

Maduro ABŞ-ı Karib dənizindəki hərbi fəaliyyətlərdən və Venesuelada zorakı rejim dəyişikliyi planlarından əl çəkməyə çağırıb.

ABŞ Prezidenti Donald Tramp isə Venesuelaya məxsus qırıcıların ABŞ gəmilərinə yaxın uçuşlarının təhlükəli olduğunu və bu halda hədəflərin vurula biləcəyini bəyan edib.

Əli Hüseynov

Seçilən
6
bakivaxti.az

1Mənbələr