BAKI, 6 sentyabr. TELEQRAF
“Ukraynada müharibənin ilin sonuna qədər bitməsi üçün bir çox amillər üst-üstə düşməlidir”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib.
“Əlbəttə, müəyyən ehtimallardan xəbər verən amillər var - xarici, daxili əlamətlər, Rusiyanın iqtisadi vəziyyəti, onların itkiləri”, - Yusov qeyd edib.
Onun fikrincə, bir çox amillər üst-üstə düşmək şərti ilə müharibə ilin sonuna qədər başa çata bilər:
“Söhbət işğalçı dövlətə qarşı sanksiyaların və iqtisadi təzyiqlərin, Ukraynaya müdafiə və iqtisadi yardımın artırılmasından, Kiyevin tərəfdaşlarının daha sərt mövqeyindən gedir. Bütün bu amilləri təhlil edərək müəyyən nəticələr çıxarmaq olar. Amma Ukrayna münaqişənin tez bir zamanda və ədalətli sülhlə başa çatması üçün mümkün və qeyri-mümkün olan hər cür səyi göstərir”.