AZ

Sabah klubunda rəhbər vəzifəsinə gürcüstanlı mütəxəssis gətirildi

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Bu gün "Sabah"da rəhbər vəzifəyə yeni təyinat gerçəkləşib.

"Cebheinfo.az"  Sportinfo.az-a istinadən xəbər verir ki, klubun futbol akademiyasının baş koordinatoru postuna Georgi Minaşvili gətirilib.

Gürcüstanlı mütəxəssislə artıq rəsmi müqavilə imzalanıb. O, son olaraq Tbilisi "Dinamo"sunun futbol məktəbinə başçılıq edib.

Minaşvili bu postda Adino Mustedanaqiçi əvəzləyib. Bir neçə ildir Masazır təmsilçisində fəaliyyət göstərən xorvatiyalı artıq sırf məşqçi kimi işləyəcək.

Balkanlı mütəxəssis U-19 və əvəzedici komandaların sükanı arxasında dayanacaq.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
7
cebheinfo.az

9Mənbələr