AZ

Öz ayaqlarını kəsən cərrah həbs edildi - FOTO

İngiltərənin Kornuoll şəhərində işləyən 49 yaşlı damar cərrahı Nil Hopper ağlasığmaz fırıldaqçılığı ilə gündəmə gəlib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, cinsi olaraq bədən üzvü kəsmək istəyi yaranan cərrah öz ayaqlarını amputasiya edib.

Belə ki, 2019-cu ildə ayaqlarını buzla dondurub və özünə ciddi zərər verib. Daha sonra onun ayaqları amputasiya edilib.

Hopper ayaqlarının amputasiyasına səbəb olan vəziyyəti "sepsislə əlaqəli infeksiya" olaraq sənəddə qeyd edib.

Bu iddia ilə o, sığorta şirkətlərini aldadaraq, 466 min funt sterlinqdən çox təzminat alıb. Hopper pulu dəbdəbəli həyat üçün – bahalı karavan, dəbdəbəli hamam, ev təmiri və s. üçün xərcləyib.

Uzun illər “Royal Cornwall” fond xəstəxanasında damar cərrahı işləyən Hopper fırıldaqlarının üstü açıldıqdan sonra 2023-cü ilin martında işdən çıxarılıb və onun tibbi lisenziyası ləğv edilib.

Amputasiyadan sonra ictimaiyyətin diqqətini çəkən Hopper BBC-yə müsahibəsində aldığı dəstəyə görə minnətdarlığını bildirib. O, hətta Avropa Kosmik Agentliyinin əlil astronavtların axtarışı üçün qısa siyahısına da daxil edilib.

Həqiqətin üzə çıxması ilə məhkəmə Hopperi  32 ay (1 il 8 ay) müddətinə azadlıqdan məhrum edib və qanunsuz yolla əldə etdiyi bütün gəlirləri geri qaytarmasına qərar verib.

Həkimin əməllərinin üstü açıldıqdan sonra həyat yoldaşı da ondan boşanıb.

Billurə

Seçilən
114
olke.az

1Mənbələr