AZ

Xətaidə Elza Seyidcahanın konserti təşkil olundu FOTOLAR

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Sentyabrın 5-də Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində “Musiqili Bakı” festivalı çərçivəsində Azərbaycan Respublikasının əməkdar artisti Elza Seyidcahanın konserti təşkil olunub.

Globalinfo.az bildirir ki, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbir “Konstitusiya və Suverenlik ili” çərçivəsində baş tutub.

Tədbir çərçivəsində sənətçi öz repertuarına daxil olan seçmə əsərləri, eləcə də yeni musiqi nümunələrini təqdim etmişdir. Elza Seyidcahanın özünəməxsus ifa tərzi və musiqi duyumu tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Artıq mütəmadi şəkildə keçirilən bu qəbildən olan tədbirlərin məqsədi paytaxt sakinlərinə mədəni istirahət bəxş etməkdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
3
globalinfo.az

4Mənbələr