Fransa millisinin hücumçusu Kilian Mbappe 2026-cı il dünya çempionatının seçmə mərhələsində Ukraynaya qarşı oyunda fərqlənməklə uğura imza atıb.
Publika.az xəbər verir ki, “Real”ın hücumçusu 82-ci dəqiqədə komanda yoldaşı Orelyen Çuameninin ötürməsini dəqiq zərbə ilə tamamlayıb.
Mbappenin yığmadakı qollarının sayı 51-ə çatıb. Bununla da 26 yaşlı futbolçu Tyerri Anrini yaxalayıb. Fransa millisində ən çox qol vuran oyunçular siyahısında o yalnız Olivye Jirudan (57 qol) geri qalır.