Dünyaca məşhur siam əkizləri Ebbi və Brittani Henselin körpə dünyaya gətirməsi barədə məlumat yayılıb.
Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, paparatsilər əkizləri işlədikləri məktəbin yaxınlığında görüntüləyiblər. Onların əlində uşaq oturacağı və içərisində körpə olub.
Hadisədən sonra sosial şəbəkələrdə yayılan foto hər kəsi təəccübləndirib.
Nə bacılar, nə də Brittaninin həyat yoldaşı Coş Boulinq məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Lakin bir neçə gün sonra Hensel bacıları sosial şəbəkədə körpənin əlini əks etdirən şəkil paylaşaraq, "Böyük bir nemət" sözlərini yazıblar.
Hazırda isə ən çox müzakirə olunan sual körpənin tibbi baxımdan kimin övladı olmasıdır. Çünki siam əkizlərinin daxili orqanları, o cümlədən reproduktiv sistemi ortaqdır. Bu səbəbdən də həkimlərin fikrincə, dəqiq nəticə söyləmək çətindir.