AZ

Daşkəsəndə mübahisə zəminində 2 nəfər bıçaqlanıb, saxlanılanlar var

Daşkəsəndə mübahisə zəminində 2 nəfər bıçaq xəsarəti alıb, saxlanılanlar var...

"Report"un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayon sakinləri, 1992-ci il təvəllüdlü Asəf İsmayılov və 2010-cu il təvəllüdlü C.Ələkbərov mübahisə zəminində bıçaq xəsarətləri alıblar.

Zərərçəkənlər Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2005-ci il təvəllüdlü Elgün Məmmədov və 2007-ci il təvəllüdlü Zamin Rzazadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Seçilən
79
1
poliqon.info

2Mənbələr