AZ

Biləcəridəki qəza ilə bağlı TƏBİB-dən açıqlama: Üç xəsarət, bir ölüm

Bu gün saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
 
Bu barədə Moderator.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
 
Bildirilib ki, çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.
 
Son məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın) tibb müəssisəsinə hospitalizasiya olunub.
 
Bir kişinin hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.
 
Əlavə məlumat veriləcək.
 
Seçilən
64
1
moderator.az

10Mənbələr