AZ

Türkiyənin İğdır şəhərində Metsamor AES-in qəza riski ssenarisi müzakirə edilib

Ankara, 6 sentyabr, AZƏRTAC

Türkiyənin Ermənistanla həmsərhəd İğdır vilayətində Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasında mümkün qəza nəticəsində əhalinin radioaktiv çirklənmədən qorunması tədbirlərinə həsr olunmuş iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, şərq əyalətinin valisinin köməkçisi Əbdürrəhman Çələbinin sədrliyi ilə keçirilən müzakirələrdə iştirak edənlər Sovet İttifaqı dövründə tikilmiş köhnəlmiş atom elektrik stansiyasının yaratdığı risklərə diqqət yetiriblər.

Türkiyə ilə sərhəddən cəmi 16 km aralıda yerləşən AES-də baş verəcək qəza ssenarisinin müzakirələri zamanı küləyin radioaktiv hava kütlələrini sürətlə Türkiyə ərazisinə yaya biləcəyi və bunun sərhəd əyalətlərinin əhalisi üçün ciddi təhlükə yarada biləcəyi qeyd edilib.

Ermənistanda təbii fəlakətin olacağı təqdirdə atılacaq prioritet addımların siyahısı müəyyən edilib, əhalinin mühafizəsində səhiyyə strukturlarının rolunun əhəmiyyəti vurğulanıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

 

Seçilən
92
2
azertag.az

3Mənbələr