Sentyabrın 5-də saat 23 radələrində Şəmkir rayonu Sarıtəpə kəndiərazisində 1993-cü il təvəllüdlü Tural Abdullayevin öldürülməsibarədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1968-ci il təvəllüdlü Sənan Əsgərovun yaşadığıevdə aralarında yaranmış mübahisə zamanı kürəkəni, Bakı şəhərsakini Tural Abdullayevə bıçaqla xəsarətlər yetirərək onu qəsdənöldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Sənan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.