AZ

Biləcəridə ağır qəza -

Paytaxtın Biləcəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Məlumata görə, sentyabrın 6-da saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

***

10:22

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Metbuat.az-a verilən xəbərəgörə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Əlavə məlumat veriləcək.

***

10:17

Bakının Binəqədi rayonunda, Biləcəri dairəsində ağır yol qəzası olub.

Metbuat.az xəbər verir ki, Yasamal yolundan Sumqayıt yoluna dönən hissədə iri tonnajlı yük maşını idarəetmədən çıxaraq Biləcəri dairəsində işıqforda dayanan piyadaların üzərinə aşıb.

Maşının üzərində daşınan böyükhəcmli borular qəza zamanı 2-3 minik avtomobilinin üzərinə tökülüb.

Şahidlərin sözlərinə görə, hadisə nəticəsində ölüm ehtimalı yüksəkdir. Xəsarət alanların sayı hələlik məlum deyil.

Seçilən
54
11
metbuat.az

10Mənbələr