AZ

Avropa çempionatı: 4 cüdoçumuz tatamiyə çıxır

Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın üçüncü günü Azərbaycan millisinin 4 idmançısı tatami üzərinə çıxacaq.

Oğlanlar:

90 kq, 1/16 final – Aslan Kotsoyev (Azərbaycan) – Levente Kiss (Macarıstan)
100 kq, 1/16 final – Davud Namazlı (Azərbaycan) – İvan Titinkin (IJF)
100 kq, 1/8 final – Ramazan Əhmədov (Azərbaycan) – Yannis Antoniu (Kipr)

Qızlar:

78 kq, 1/8 final – Nigar Süleymanova (Azərbaycan) – Emma-Melis Aktaş (Estoniya)

Təsnifat görüşləri saat 12:30-da, final mərhələsi isə 17:30-da start götürəcək.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan cüdoçularından Nihad Məmişov (60 kq) və Məhəmməd Musayev (66 kq) qızıl, Nizami İmranov (66 kq) bürünc medal qazanıb.

İdman.biz

Seçilən
25
2
idman.biz

3Mənbələr