Türkiyə müdafiə sənayesinin ən mühüm layihələrindən olan ALTAY əsas döyüş tankının seriyalı istehsalına Ankara Kosmik və Aviasiya İxtisaslaşmış Sənaye Zonasında qurulan müasir istehsal bazasında start verilib.
“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, ALTAY-ın seriyalı istehsalının həyata keçiriləcəyi və tankın yerli güc bloku BATU-nun hazırlanıb istehsal olunacağı müəssisə qısa müddətdə inşa olunub və müasir istehsal texnologiyalarla təchiz edilərək fəaliyyətə başlayıb.
Bildirilib ki, yerli istehsal olan sənaye robotlarının tətbiq olunduğu, yeni nəsil istehsal texnologiyalarından istifadə edilən müəssisədə gövdə istehsalından son montaj xəttinə qədər intensiv iş gedir.
İstehsal bazasında ALTAY tankının seriyalı istehsalına başlanılıb və müəssisənin rəsmi açılışında ilk təhvil-təslim həyata keçiriləcək.
BMC İdarə Heyətinin sədri Fuat Tosyalı, “BMC Savunma” və “BMC Power”in istehsal xətlərində görülən işlər barədə məlumat verib.
O, ötən il “BMC Power”də yerli hərbi mühərriklərin istehsalına başlandıqlarını deyib: “Quru və dəniz vasitələrimizin ehtiyacı olan 400-1500 at gücü hasil edən mühərriklərimizin istehsalına başlamışdıq. İndi isə ötən ilin Ramazan ayında təməlini atdığımız tank fabrikimiz çox şükür ki, artıq seriyalı istehsala başladı. Bu gün də gəzdik, gördük. İnşallah, çox yaxın vaxtda rəsmi açılış mərasimindən sonra qüvvələrimizin və dost ölkələrin müdafiə sənayesindəki ehtiyacları qarşılayacaq şəkildə istehsala davam edəcəyik.”
F.Tosyalı vurğulayıb ki, bu prosesdə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün çox böyük dəstəyi olub.
“Demək olar hər gün çox intensiv şəkildə görüşürük. Çünki dediyim kimi, çox böyük bir arzu artıq reallığa çevrildi. Cənab Prezidentimiz də demək olar ki, investisiyanın hər mərhələsini yaxından izləyib bizə böyük dəstək göstərdi. Böyük bir mərasim olacaq. Yüksək vəzifəli şəxslərin proqramına uyğun olaraq həyata keçiriləcək. Bizim üçün əsas məsələ zavodumuzun istehsala başlamasıdır. Ötən il sınaq üçün verdiyimiz tanklarımız bütün qabiliyyətlərini nümayiş etdirdi və çox böyük uğurla keçdi. Zavodumuz da hazırdır. Müəssisədə tanklarımızı istehsal edib qüvvələrimizə təhvil verəcəyik”, – deyə BMC İdarə Heyətinin sədri qeyd edib.
Tankda istifadə olunacaq BATU güc blokunu da istehsal etdiklərini açıqlayan Fuat Tosyalı, bu sahədə görülən işlərin hazırkı mərhələsini diqqətə çatdırıb: “Güc blokumuzun tanklarımızda istifadə olunması üçün müəyyən mərhələləri tamamlaması lazımdır. Yol sınaqlarından keçməsi, 10 min kilometr məsafə qət etməsi lazımdır. Müəyyən performans testlərindən keçməlidir. İndiyə qədər güc blokumuzun proqramında hər hansı bir problem yoxdur. Hava hücumundan müdafiə sistemlərinə qədər bütün elementlər tankla birlikdə sınaqdan keçirilir. Onsuz da dünyadakı ən qabaqcıl texnologiyaları özündə birləşdirən bir qurğudan danışırıq”.
Onun sözlərinə görə, tank sərmayəsi çox uzunmüddətli mübarizədir və bu işdə Türkiyə Prezidentinin iradəsi həlledici rol oynayıb.
“Nəticədə layihənin ilk dizayn mərhələsindən bu günə qədər bir çox çətinliklərlə, təxribatlarla qarşılaşdıq. Təxminən 3 il əvvəl BMC-də çoxluq payını əldə etdikdən sonra layihəyə çox fərqli bir baxış bucağı ilə yanaşdıq və artıq düzgün yerdə, düzgün şəkildə istehsal olunması üçün planlarımızı hazırladıq. Nəticədə Ankarada müdafiə ekosisteminin ürəyi olan HAB-da torpağımızı aldıq. Çox sürətli şəkildə dünyadakı ən qabaqcıl texnologiyaların tətbiq edilə biləcəyi bu tank və yeni nəsil vasitələr istehsal müəssisəmizi dizayn edib tamamladıq. Burada bir tərəfdən milli tankımız ALTAY-ı, digər tərəfdən isə ALTUĞ 8×8 yeni nəsil zirehli döyüş maşınını istehsal edəcəyik. Əlimizdə sifarişlərimiz də var. Bu kompleks sosial infrastrukturuyla və ətrafında formalaşdırdığımız sənaye klasteri ilə artıq Quru Qoşunları müdafiə sənayemizin onurğa sütununu təşkil edəcək”, – deyə Fuat Tosyalı bildirib.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */