AZ

Tehran Bəhramyanı edam etdi

BAKI, 6 sentyabr. TELEQRAF

2022-ci ildə İranda ümummilli etirazlar zamanı “təhlükəsizlik işçilərinə qarşı ölümcül hücum”da təqsirli bilinən şəxs bu səhər edam edilib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin məhkəmə sistemi bildirib.

Mehran Bəhramyan adlı şəxsin İsfahan əyalətinin Semirom şəhərində təhlükəsizlik işçilərini daşıyan avtomobilə atəş açaraq zabit Möhsün Rezayini öldürüyü və digərlərini yaraladığı iddia olunub.

Olayın 2022-ci il dekabrın 31-də İranda qadınlar üçün sərt geyim qaydalarını pozduğu iddiası ilə saxlanılan Məhsa Əmininin “əxlaq polisi” tərəfindən öldürülməsindən sonra ölkəni bürüyən etiraz dalğası zamanı baş verib.

İran KİV bildirib ki, M.Bəhramyan barəsində İsfahan İnqilab Məhkəməsi tərəfindən çıxarılan ölüm hökmü Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılıb və hökm bu gün səhər tezdən icra edilib.

Seçilən
103
teleqraf.com

1Mənbələr