DÇ-2026-nın seçmə mərhələsində daha bir oyun baş tutub.
İdmanxeber.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçin çıxış etdiyi Monteneqro yığması evdə Çexiya ilə qarşılaşıb. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
30 yaşlı futbolçu görüşə start heyətində başlayıb və 70-ci dəqiqədə əvəzlənib.
4 turun ardından Monteneqro millisi 6 xalla qrupda 3-cü pillədə qərarlaşıb.